Pulsuz Sayt

Pulsuz sayt açmaq barədə maraqlanırsınızsa doğru ünvandasınız. Bu gün bir şirkətin saytının olması mağaza, ofis və ya telefon nömrəsinin olması qədər vacibdir. Tədqiqatlar müəyyən etdi ki, müştərilərin 6/10-u brendlərdən biznesləri ilə bağlı onlayn məzmunun olmasını gözləyir. Niyə daha gözləyəsiniz, müştəriləriniz sizi axtarır! Əgər sizin hələ onlayn dünyaya addımını atmamış biznesiniz varsa, oxumağa davam edin.

pulsuz sayt

Pulsuz sayt açmağın mərhələləri

Pulsuz sayt yaratmağın müxtəlif üsulları mövcuddur. Bunun üçün internetdə bir çox mənbə tapa bilərsiniz. Bu mənbələrdən istifadə edərək hazır sayt şablonlardan birini seçərək, saytınızı qura bilərsiniz və sizə təqdim olunan admin paneldən həmin şablon içərisindəki kontentləri asanlıqda dəyişdirə bilərsiniz.

Pulsuz sayt hazırlamaq üçün əvvəlcə domen və hostinq gərəklidir. Həm domen, həm də hostinqi internetdə pulsuz formada əldə edə bilərsiniz. Bunun üçün internetdə qısa bir araşdırma etsəniz kifayətdir.

Saytları pulsuz hostinqlə təmin edən şirkətlər adətən pulsuz sayt-ın hər hansısa bölməsində reklam yerləşdirirlər. Əlavə olaraq, hostinqinizdə MySQL dəstəyinin olması mühümdür. Ümumiyyətlə, pulsuz hostinq alarkən məlumatları diqqətli şəkildə oxumağın lazımdır.

Hostinq satışı həyata keçirən panellərin admin panelində bir kliklə CMS-ləri quraşdırmaq olur. Əgər bu mümkün deyilsə, CMS-lərin rəsmi saytlarına daxil olaraq, onları arxiv fayl formasında yükləyə bilərsiniz. Daha sonra həmin arxiv faylı hostinqin əsas qovluğuna yükləyirsiniz, sonra həmin arxivi seçib, “faylları arxivdən çıxarmaq” əmrini verirsiniz. Bundan sonra CMS fayllarının bir qovluqda cəmləndiyini görəcəksiniz.

pulsuz sayt

Pulsuz sayt açmaqda növbəti mərhələ üçün məlumatları yaratmaq məqsədi ilə MySQL database və MySQL istifadəçisi yaratmağınız gərəklidir. Hostinqin təqdim etdiyi admin paneldə MySQL database və MySQL istifadəçi adı yaradın. Yaradılan istifadəçi adını admin paneldən bazanın içərisinə daxil edin.

İndi isə siz CMS-i yerləşdirdiyiniz qovluğu veb brauzerinizdə açmalısınız. Bəzi CMS-lərdə onları qurmaq üçün sadəcə həmin qovluğu açmaq, bəzilərində isə qovluqdan sonra “/install” əlavəsini yazmaq tələb olunur.

Həmin qovluq açıldıqdan sonra sizə bir neçə ardıcıl pillələr təqdim olunur. Bu pillələri tamamladıqdan sonra, CMS quraşdırılması tamamlanır və domen adını brauzerdə yazandahəmin CMS-in ilkin şablonunu görürsünüz.

Pulsuz sayt hazır olduqdan sonra siz, admin panelə öncədən təyin etdiyiniz istifadəçi adını və ya şifrəni daxil edərək daxil ola bilərsiniz. Admin panelə daxil olmaq üçün hər CMS-in özünün xüsusi əlavəsi olur

Beləliklə siz admin panel vasitəsi ilə hazır şablonlarından istifadə edə və pulsuz sayt-ın dizaynlarını dəyişə, menyular yarada, səhifələrdəki məlumatları və kontenti öz istəyinizə uyğun olaraq dəyişə bilərsiniz.

Lakin bütün bu proseslər bəzən göründüyü qədər də asan olmur. Bunun üçün də, Sayt.org sizə ən uyğun qiymətə bütün standartlara uyğun sayt təklif edir. Elə indi bizimlə əlaqəyə keçin, xidmətlərimizdən yararlanın.

pulsuz sayt